HAQQIMIZDA AGAT Şirkəti 1991-ci ildən bəri Azərbaycan bazarındadır. Bizim şirkət bir sıra Avropa, ABŞ və Kanada şirkətlərinin Azərbaycanda rəsmi nümayəndəsidir. 2007-ci ildən biz Bombardier Recreational Products İnc. şirkətinin rəsmi nümayəndəsi olaraq, Can-Am Off-Road yolsuzluq texnikası, Can-Am Spyder trisiklları, Sea-Doo hidrosiklları, Evinrude asma mühərrikləri, Ski-Doo və Lynx qar maşınlarının satışı və servisini ölkəmizdə layiqincə yerinə yetiririk.
BİZİM MƏQSƏDİMİZ Şirkətimizin məqsədi dünya bazarında qabaqcıl mövqelərdə olan, etibarlı və yüksək keyfiyyətli məhsulları öz müştərilərinə təklif etməkdir. Bizim servis şöbəsində çalışan, öz işinin professionalı olan təcrübəli personal, təklif etdiyimiz texnikaya yüksək səviyyəli texniki dəstək göstərməyə həmişə hazırdır.