Modern görünüşü ilə təmamilə yenilənmiş, daha çox yük həcmi və daha yüksək komforta malik tam yeni Spyder RT sizə yolun həzzini almaq üçün daha çox imkanlar təklif edir
SPYDER RT: Yenilənmiş yürüş
Müqayisə olunmaz dərəcədə lüks
Hər horizontun sonunda kəşf etməyə yeni lüks var. 2 nəfər sərnişin tutumlu premium koforta sahib Spyder RT sizisadəcə A nöqtəsindən B nöqtəsinə çatdırmaqla kifayətlənməyəcək. Spyder RT sizə yürüşün əsl həzzini yaşamağa imkan verəcək.
Yeni Modern Dizayn
Tam rəngli LCD displey, müasir mərkəzi konsol, zəngin tekstur və premium LED işıqlar yeni Spyder-ə daha müasir görünüş bəxş edir.
PREMIUM KOMFORT
Yeni və daha uzun ayaqaltılar, aşağılanmış qravitasiya mərkəzi, geniş oturacaqlar, yenilənmiş asqı, dah üstün dinamika, bir sözlə premium komfort hissini bəxş edə biləcək hər şey
Daha üstün rahatlıq
İnanılmaz dərəcədə rahat və geniş yük həcmi. 177 L yük həcmi və LinQ sistemli əlavə 60 L həcmli yük bölümü (yan yana 2 kaska üçün) isə opsional olaraq təklif olunur.
Panoram LCD displey
BRP CONNECT™‡
Mühərrik
Nəqliyyat Stabilliyi Sistemi
Sükan
Qaçırılma əleyhinə sistem
6-pilləli sürətlər qutusu
Əyləc
ECO Mode Smart Assist
Sürücü üçün düşünülmüşdür
Displey və BRP Audio
Geniş, parlaq və ultra-funksional - hər iki RT Modeli hər cür hava şəraitində görünən 7.8 inç ölçülü geniş ekrana malikdir.
Daha çox Qoşul. Daha yaxşı Qoşul.
Marketdə ilk!
BRP Cpnnect sayəsində açıq yol imkanları yaradan smartfon proqramlarından yararlanın. Naviqasiya proqramları ilə yolunuzun istiqamətini təyin edin, Music† ilə sevimli musiqilərinizi dinləyin, Accuweather† ilə dəqiq hava proqnozu əldə edin vəRever† ilə öz təcrübənizi Can-Am On-Road cəmiyyəti ilə bölüşün.
Güclü və Sərfəli
Maksimum güc, minimum sərfiyyat
Rotax 1330 ACE 3 silinderli mühərriki çevik sürətlənmə və güclü dartqıya malik qənaətcil mühərrikdir. Bir tam çənə 406 km yol qət edə bilən bu mühərrik seqmentində ən sərfəli mühərriklərdən hesab olunur. Həmçinin yüksək dözümlülülk və aşağı qulluq tələbləri mühərriki daha da sərfəli edir.
* Yancaq sərfiyyatı daxili test ilə ölçülüb. Yol şəraiti və sürücün sürmə qabiliyyətindən asılı olaraq sərfiyyat dəyişə bilər.
OPTIMUM KONTROL
ABS, TRACTION & STABILITY CONTROL
BOSCH† ilə əməkdaşlığımız sayəsində, avtomobil texnologiyaları ilə ilhamlananaraq SPYDER RT modellərini "Vehicle Stability System", "traction control" və "stability control" kimi innovativ həllər ilə təmin etmişik.
Elektron idarəolunan gücləndiricili sükan sistemi nəqliyyatın sürətindən asılı olaraq sürücüyə müvafiq köməklik göstərir və rahatlığını təmin edir ki, bu da ümumən manevrlik və idarəetməni daha da asanlaşdırır və təhlükəsiz edir.
STANDARD QAÇIRILMADAN MÜHAFİZƏ
RƏQƏMSAL KODLAŞDIRILMİŞ TƏHLÜKƏSİZLİK SİSTEMİ
RƏQƏMSAL KODLAŞDIRILMİŞ TƏHLÜKƏSİZLİK SİSTEMİ (D.E.S.S.) sizin Spyder-i oğrulardan qoruyacaq. Düzgün elektron kodlaşdırmalı açar daxil edilməsə mühərrik işə düşməyəcək.
HAMAR KEÇİDLƏR
Komfort və Yanacağa Qənaət
Xüsusi hidravlik mufta sayəsində 6-pilləli transimissiya komfort və yanacağa qənaət arasında ideal balans yaradır. Yarım-avtomatik transmissiya sayəsində aşağı RPM ilə yolunuzu rahat gedin.
Yüksək Performans əyləcləri dünya bazarında əyləc texnologiyaları üzrə lider tərəfindən sırf Spyder üçün düşünülmüşdür.
Qənaət üçün keçir
Benzin sərfiyyatını azalt
ECO Mode Smart Assist ilə sürətləri daha düzgün keçir. Göstərici paneldə yanan müvafiq işıq sürəti nə vaxt keçirməyi söyləyəcək
SPYDER RT LIMITED
Spyder RT Limited 2 nəfərin maksimum rahatlığı üçün uzun oturacaqlar, inteqrasiya olunmuş smartfon tətbiqləri, və bir sıra digər xüsusi imkanlarla təchiz olunub
Əsas Xüsusiyyətlər
Rotax® 1330 cc mühərriki (115 hp), yarım-avtomatik transmissiya, Vehicle Stability System və Eco Mode
Özü tənzimlənən arxa hava asqısı ilə maksimum sərnişin komfortu, quraşdırılmış sərnişin arxalığı, qızdırılan oturacaqlar, və sərnişin tutqacları.
47 gal (177 L) yük həcmi (LinQ yük qutusu ilə)
BRP Audio Premium 6-spikerli musiqi sistemi
Xüsusi LED işıqlar, tünd və ya xrom barmaqlıq seçimi
The Spyder RT Sea-to-Sky modelinin yumşaq adaptiv oturacaqları sizin səyahəti çox komfortlu edəcək ki, qarşınıza çıxan hər panoramanın həzzini ala biləsiniz.. Yeni Spyder-in iti və möhtəşəm görünüşü onun sürücüsünün də zövqünü tərənnüm edir.
Əsas Xüsusiyyətlər
Spyder RT Limited modelinin imkanlarına əlavə olaraq:
Yeni lüks Highland Green rəngi və tam rənglənmiş üst yük qutusu, titanium rəngli disklər.